İrana qarşı hərbi əməliyyatın ilk iki günündə Pentaqon 5,6 milyard dollar dəyərində sursat xərcləyib
1xeber.media bu barədə “The Washington Post”-a istinadla xəbər verir.
Nəşr qeyd edir ki, bu məbləğ Konqres nümayəndələrinin silah ehtiyatlarının nə qədər sürətlə tükənməsi ilə bağlı narahatlığını vurğulayır.
“The Washington Post”un mənbələrinin bildirdiyinə görə, Tramp administrasiyası yaxın günlərdə hərbi kampaniyanı dəstəkləmək üçün Konqresə “potensial olaraq on milyardlarla dollar” məbləğində əlavə müdafiə büdcəsi sorğusu göndərəcək.
Nəşrə rəsmi şərhində Pentaqonun mətbuat katibi Şon Parnell bildirib:
“ABŞ Müdafiə Nazirliyinin prezidentin seçimi ilə istənilən vaxt və istənilən yerdə hər hansı missiyanı yerinə yetirmək üçün lazım olan hər şey var”.















