Azərbaycanda vəzifəli şəxslərin böyük bizneslərə, obyektlərə sahib olmaları artıq adi hala çevrilib. Dövlət qrumlarında işləyən məmurların sahib olduqları var-dövlətlə aldıqları məvaciblər isə böyük ziddiyyət təşkil edir. Bir çox məmurlar sahib olduqarını gizlətməyə çalışsalarda, bəziləri çox vaxt obyekt, şirkət və mənzillərini ailə üzvülərinin adına sənədləşdirməkdən belə çəkinmirlər.
Belə məmurlardan biri də Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevdir.
Əldə edtiyimiz məlumata görə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsi 1-ci önünə küçəsi ünvanında yerləşən 3,4 sot torpaqda 798 kvadratlıq 3 mərtəbəli idman və sağlamlıq mərkəzi icra başçısı Adil Əliyevin ailə üzvülərindən birinin adına sənədləşdirilib.
Obyektin hazırkı bazar qiyməti 4-5 milyon manat arasında qiymətləndirilir.
Bildirək ki, Adil Əliyev Milli Məclisin III, IV, V və VI çağırış deputatı olub. Həmçinin bir müddət Milli Məclisin Sədr müavin vəzifəsində işləyib.
2024-cü ildə Bakı şəhər Suraxanı Rayon icra Hakimiyyətinin başçısı təyin edilib.(azfakt.com)















