İran İsraildə və Fars körfəzi ölkələrində fəaliyyət göstərən texnologiya nəhənglərinin ofisləri və infrastrukturunu hədəfə ala biləcəyini bildirib.
1xeber.media xəbər verir ki, Hindistanın NDTV media holdinqinin yaydığı məlumata görə, İranın diqqət mərkəzində ABŞ-ın aparıcı texnologiya şirkətlərinə məxsus obyektlər var.
“Al Jazeera” telekanalı Tasnim agentliyinə istinadən xəbər verir ki, İsraillə əlaqələri olan və texnologiyaları hərbi məqsədlərlə istifadə edilən aparıcı Amerika şirkətlərinə məxsus ofis və infrastruktur obyektlərinin siyahısı dərc olunub.
Siyahıya aşağıdakı şirkətlər daxildir:
Google
Microsoft
Palantir
IBM
Nvidia
Oracle
Bu şirkətlərin ofisləri İsrailin bir neçə şəhərində, həmçinin Fars körfəzi regionunun bəzi ölkələrində yerləşir.
Tehran əlavə olaraq xəbərdarlıq edib ki, Yaxın Şərqdə ABŞ və İsrail strukturları ilə əlaqəli iqtisadi mərkəzlər və banklara qarşı da zərbələr endirilə bilər.















