1xeber.media xəbər verir ki, İran ABŞ-a göndərilən bir litr neftin də Hörmüz boğazından keçməsinə icazə verməyəcəyinə söz verib. Bu açıqlamanı İran Silahlı Qüvvələrinin Xatəm əl-Ənbiya Hərbi Komandanlığının Mərkəzi Qərargahının sözçüsü polkovnik İbrahim Zülfəqari ISNA xəbər agentliyinin Telegram-da yayımladığı videoda verib.
"Amerika və onun yoldaşlarının xeyrinə Hörmüz boğazından bir litr neftin də keçməsinə icazə verməyəcəyik", - deyə İran hərbi sözçüsü vurğulayıb.
Zülfəqari ABŞ, İsrail və ya onların tərəfdaşları üçün göndərilən neft daşıyan bir gəminin də keçməsinə icazə verməyəcəyinə söz verib və Tehranın gəmiləri zərbələr üçün qanuni hədəf hesab edəcəyini əlavə edib. O, həmçinin əlavə edib ki, neftin qiyməti birbaşa Yaxın Şərqdəki təhlükəsizliklə əlaqələndirilməli və barel üçün 200 dollara çata bilər.
Zülfəqari daha əvvəl İranın ABŞ və İsrailə qarşı zərbələrə yanaşmasında dəyişiklik etdiyini açıqlayıb. Onun sözlərinə görə, Tehran cavab zərbələri siyasətindən imtina edəcək.















