1xeber.media xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında mina olmadığını bildirib. O, bu açıqlamanı MS NOW televiziya kanalında verib.
"Biz belə düşünmürük", - deyə Ağ Ev rəhbəri müxbirin Hörmüz boğazında minaların olub-olmaması ilə bağlı sualına cavab olaraq bildirib.
Tramp əlavə edib ki, ABŞ İranın mina yerləşdirən gəmilərinin demək olar ki, hamısını bir gecədə məhv edib.















