BMT Təhlükəsizlik Şurası İranın Körfəz ölkələrinə zərbələrini pisləyən qətnamə qəbul edib.
1xeber.media xəbər verir ki,sənədin lehinə 13 ölkə səs verib, Rusiya və Çin isə bitərəf qalıb.
Sənəddə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, BƏƏ və İordaniya ərazilərinə qarşı törətdiyi aşkar hücumlar ən kəskin formada pislənilib.
Bununla belə, mətnin daxilində ABŞ prezidenti Donald Trampın rəhbərlik etdiyi dövlətin və İsrailin adı qeyd olunmayıb.

















