G7 liderləri Yaxın Şərqdə gəmilərin müşayiət olunması məsələsinə baxmaq barədə razılığa gəliblər.
1xeber.media xəbər verir ki,Fransa prezidentinin dəftərxanasının bəyanatında deyilir ki, “Böyük yeddilik” liderləri İrana qarşı müharibə səbəbindən pozulmuş regionda gəmiçilik azadlığını bərpa etmək üçün “əlaqələndirilmiş səylər” barədə razılığa gəliblər.
“Bu səylər çərçivəsində təhlükəsizlik şəraiti imkan verdikdə gəmilərin müşayiət olunması imkanlarının öyrənilməsi üzrə işlər başlayıb”, - deyə bəyanatda bildirilir.

















