İsrail Ordusu (SAXAL) Beyrutun mərkəzində “Hizbullah”a intensiv zərbələr endirməyə davam edir.
1xeber.media xəbər verir ki,İsrail ordusu Beyrut rayonunda “Hizbullah” obyektlərinə havadan və dənizdən zərbələr endirməyə davam edir. Hədəflər arasında silah anbarları, təşkilatın mərkəzi qərargahı və SEPAH-ın Livandakı Hərbi Hava Qüvvələrinin qərargahı var. Ordunun məlumatına görə, ümumilikdə 70-ə yaxın zərbə endirilib.
Əməliyyat nəticəsində bir neçə yüksək rütbəli komandir məhv edilib, o cümlədən:
“İslami Cihad”ın Livandakı komandiri - Adam Adnan əl-Osman;
“Hizbullah”ın cənubi Livandakı artilleriya məsulu - Zaid Əli Cuma;
SEPAH-ın Livan və Fələstin bölmələrinin 5 komandiri.

















