Polşa Yaxın Şərqdəki münaqişəyə qoşulmaq niyyətində deyil.
1xeber.media xəbər verir ki,bu barədə Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski “Rzeczpospolita” qəzetinə müsahibəsində bildirib.
“Bizim belə planlarımız (Yaxın Şərqdəki münaqişəyə qoşulmaq - red.) yoxdur. Polşa və Amerika maraqları yaxındır, onlar böyük dərəcədə üst-üstə düşür, lakin hər şeydə eyni deyil”, - deyə XİN rəhbəri izah edib.
“Sözsüz ki, Amerika Birləşmiş Ştatları və İsrail vəziyyəti özünəməxsus şəkildə qiymətləndirirlər, lakin şəxsən mən ABŞ və ya Avropa, hətta İsrail üçün də (İrandan gələn) birbaşa təhlükə görməmişəm”, - deyə Sikorski əlavə edib.

















