Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) baş direktoru Tahir Əmiraslanov Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə aralarında baş verən söhbətin təfərrüatını açıqlayıb.
1xeber.media xəbər verir ki, bu barədə o, RTV-də Ruhiyyə Əliyevanın təqdimatında yayımlanan “Qaranlıqda həqiqət” verilişində danışıb.
Əmiraslanov qeyd edib ki, ona qarşı səsləndirilən ittihamların səbəbini indiyədək tam başa düşə bilmir:
“Getdim, özüm də soruşdum. Ola bilər insan səhv edər, deyərlər ki, burada səhv etmisən. Amma məni elə şeylərdə günahlandırdılar ki, mən də başa düşə bilmədim”.
O bildirib ki, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev ona mərkəzdəki vəsaitlə bağlı sual verib:
“Birinci sual belə oldu ki, Tahir müəllim, siz iki milyonu haradan alıb qoyursunuz? Dedim ki, bu pul mərkəzin hesabında olub, evə aparmamışam. COVID-dən əvvəl həmin məbləğ 2 milyon 820 min manat idi”.
Sabiq rəhbər əlavə edib ki, rəhbərlik etdiyi dövrdə mərkəzə ayrılan illik vəsait təxminən 200 min manat olub:
“Bunun da 117 mini maaşlara, 30 mini isə icarəyə gedirdi. Mən də dedim ki, əgər bu 200 mindən 2 milyon oğurlamaq mümkündürsə, öyrədin mən də oğurlayım. Bu mümkün olmayan bir şeydir”.
Daha ətraflı videoda:

















