1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Avropa Birliyinin (AB) Ukraynadakı münaqişənin həlli ilə bağlı hərəkətlərini şərh edib.
Zaxarova AB-ni ittiham edib və bunun böhrana həll yolu tapmaq üçün konstruktiv səyləri sarsıtdığını vurğulayıb. O hesab edir ki, AB ölkələri "Kiyev rejimini ayaqda saxlamaq üçün əlindən gələni edir".
Mariya Zaxarova daha əvvəl Ukrayna prezidenti Vladimir Zelenskinin Avropanı danışıqlara cəlb etmək istəyinə cavab verib. O hesab edir ki, AB-nin danışıqlar masasında olmaması onun birtərəfli mövqeyi ilə bağlıdır.

















