İsrail "Hizbullah" tərəfindən davam edən atəşlər səbəbindən Livanın birbaşa danışıqlar təklifini rədd edib
1xeber.media xəbər verir ki,bu barədə Reuters mənbələrə istinadən bildirir.
Təl-Əviv Beyrutun təklifini gecikmiş hesab edir, çünki Livan hökuməti "Hizbullah"ın tərksilah edilməsi məqsədini paylaşsa da, vətəndaş müharibəsi riski olmadan güclü qruplaşmaya qarşı hərəkət etmək iqtidarında deyil.
ABŞ rəsmiləri Beyrutu məlumatlandırıblar ki, "Hizbullah"a müqavimət göstərmək üçün "fürsət pəncərəsi" 2025-ci ildə əldən verilib. Livanlı rəsminin sözlərinə görə, ABŞ nümayəndələri bildiriblər: "Onlar dedilər ki, 2025-ci il "Hizbullah"a qarşı çıxmaq üçün bizim fürsətimiz idi, lakin biz bunu etmədik, ona görə də indi onlar heç nə edə bilməzlər".
ABŞ-ın Yaxın Şərq siyasəti ilə tanış olan üç mənbə Reuters-ə bildirib ki, İranla müharibə səbəbindən Vaşinqtonun hazırda Livan istiqamətində işləmək imkanları məhduddur və ABŞ İsrailə müstəqil hərəkət etməyə icazə verir.















