"SSRİ-nin sonuncu vətəndaşı" Özbəkistanda aşkar edilib.
1xeber.media xəbər verir ki, Səmərqənddə 52 yaşlı Onarhol Kubayeva 1992-ci ildən bəri Sovet pasportu ilə yaşayırmış. Ölkədə sənədlərin dəyişdirilməsi prosesi 1990-cı illərdən bəri davam etsə də, o, pasportunu dəyişmək üçün heç vaxt dövlət qurumlarına müraciət etməyib.
Kubayevaya yalnız 14 martda Özbəkistan vətəndaşının şəxsiyyət vəsiqəsi verilib.















