Baharın gəlişini müjdələyən Novruz ərəfəsində Xətai rayonu bayram abu-havasına bürünüb.
1xeber.media bildirir ki, rayonun park və küçələri baharın gəlişini simvolizə edən bəzəklər quraşdırılıb.
Novruz bayramı təkcə təbiətin oyanışı deyil, həm də insanların bir-birinə yaxınlaşdığı, mehribanlığın və paylaşmağın artdığı bir bayramdır.
Rayon ərazisində keçirilən tədbirlər isə bu qədim ənənənin yaşadılmasına və gələcək nəsillərə ötürülməsinə xidmət edir



























