ABŞ və İsrail İranın Xarq adasını ələ keçirməyə çalışır.
1xeber.media xəbər verir ki, ekspertlərin fikrincə, bu da təsadüfi deyil, müharibənin necə nəticələnməsi xeyli dərəcədə Hörmüz boğazının və Xarq adasının kimin nəzarətində olmasından asılıdır.
Bəs Xarq adası niyə bu qədər həyati əhəmiyyət daşıyır?
21 kvadratkilometr ərazisi və 8 min 200 nəfər əhalisi olam Xarq adasını ABŞ-nin ələ keçirməsi mümkündür və bu da İran iqtisadiyyatına çox ciddi zərbə ola bilər. Xarq adası Fars körfəzində yerləşən və İran üçün son dərəcə strateji əhəmiyyət daşıyan adadır. Ada İranın cənub sahillərindən təxminən 25 km məsafədə yerləşir və əsasən neft infrastrukturu ilə məşhurdur. Uzunluğu təxminən 8 km, eni təxminən 3–4 km olan ada İranın Buşehr vilayətinə inzibati olaraq daxildir. Adada 8 min nəfər yaşayır.
Xarq adası əsasən neft terminalı və liman infrastrukturu ilə tanınır. İranın ən böyük neft ixrac mərkəzi məhz buradır. Xarq adasında İranın ən böyük neft ixrac terminalı yerləşir. İranın ixrac etdiyi neftin 80–90%-i məhz bu adadan dünya bazarına göndərilir. Adada nəhəng neft anbarları, yükləmə terminalları və tanker limanları yerləşir. Bu səbəbdən ada İran iqtisadiyyatının əsas enerji qapısı hesab olunur. Xarq adasındakı terminaldan çıxan neft Asiya bazarlarına, Avropa ölkələrinə, beynəlxalq neft şirkətlərinə göndərilir. Bu baxımdan ada Yaxın Şərqin ən böyük neft terminallarından biri sayılır.
Xarq adası İran üçün həm də hərbi-strateji mövqe baxımından əhəmiyyətlidir. İran burada dəniz bazaları və hava hücumundan müdafiə sistemləri yerləşdirib. Bu, Fars körfəzi və Hörmüz boğazı istiqamətində hərəkət edən tanker yollarına nəzarət imkanı yaradır. Xarq adası İranın tərəf olduğu əvvəlki müharibələrdə də hərbi hədəf çevrilib. 1980–1988-ci illərdə baş verən İran–İraq müharibəsi zamanı Xarq adası tez-tez hücumlara məruz qalıb. İraq aviasiyası adadakı neft terminallarını bombalayırdı. Bu hücumlar İranın neft ixracını zəiflətmək məqsədi daşıyırdı. Buna görə İran sonrakı illərdə adanın müdafiəsini ciddi şəkildə gücləndirib. İranın ən güclü qoruduğu nöqtələrindən birin məhz bu adadır. Xarq adası ABŞ və İsrailin nəzarətinə keçəcəyi halda İran iqtisadiyyatında çox böyük təlatüm yaşanacağı və dünya neft bazarına da ciddi təsirlərinin olacağı vurğulanır.

















