Ukrayna yeni FP-7 ballistik raketlərini Rusiyada sınaqdan keçirəcək.
1xeber.media xəbər verir ki, bu barədə "Flamingo" kruiz raketlərinin istehsalçısı olan "Fire Point" şirkətinin baş dizayneri Denis Ştilman "Channel 24"-ə verdiyi müsahibədə bildirib.
"Artıq sınaq uçuşu keçirmişik. İndi isə "sevimli" qonşularımızda sınaqdan keçirməyə başlayırıq", - deyə ukraynalı dizayner bildirib.
Onun sözlərinə görə, raketin mənzili 300 kilometrə qədərdir və Ukrayna istehsalı üçün xaricdən döyüş başlıqları alır.
Ştilman əvvəllər bildirmişdi ki, Ukrayna nəzəri olaraq Moskvadakı hədəfləri vurmağa qadir olan raketlər hazırlayır. Lakin dizayner qeyd edib ki, Ukrayna xarici tərəfdaşlarından Moskvadakı hərbi hədəfləri vurmaq üçün Qərb raketlərindən istifadə etmək üçün icazə almayıb.

















