İranın bütün raket ehtiyatının təxminən 8%-i qalıb.
1xeber.media xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.
O qeyd edib ki, ABŞ İranın Xark adasında neft obyektləri istisna olmaqla, demək olar ki, bütün hədəfləri məhv edib. “Bildiyiniz kimi, biz Xark adasına hücum etdik. Lakin boru kəmərlərini toxunulmaz saxladıq. Biz bunu etmək istəmirdik, amma istəsək, beş dəqiqəlik xəbərdarlıqla bunu edə bilərik”, – deyə Tramp bildirib.















