İranda təhlükəsizlik qüvvələri arasında kütləvi dezertirlik qeydə alınır, hakimiyyət məhbusları cəlb edir.
1xeber.media xəbər verir ki,müxalif Iran International telekanalının məlumatına görə, ölkədə təhlükəsizlik əməkdaşları arasında görünməmiş səviyyədə dezertirlik müşahidə olunur.
Bildirilir ki, bir bazada təxminən 350 polis əməkdaşı postlarını tərk edib, bəzi bölmələrdə isə dezertirlik səviyyəsi 90 faizə çatıb.
Mənbələr qeyd edir ki, iranlı pilotlar da İsrail və ABŞ Hərbi Hava Qüvvələrinə qarşı qarşıdurmada maraqlı deyillər - onların mənəvi ruhu və döyüş hazırlığı aşağı səviyyədədir.
Kadr çatışmazlığının kritik həddə çatması fonunda İran hakimiyyəti məhbuslara müraciət edir və onlara amnistiya qarşılığında təhlükəsizlik qüvvələrində xidmət təklif edir.

















