Tehranda SEPAH-ın “İmam Hadi” komanda mərkəzi vurulub.
1xeber.media xəbər verir ki,İran mənbələrinin məlumatına görə, martın 17-si səhər saatlarında Tehranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Məhəmməd Rəsulullah” strukturuna daxil olan strateji “İmam Hadi” komanda mərkəzinə zərbə endirilib.
Hücum nəticəsində kompleks ciddi zədələnib, ölənlərin sayının 150 nəfərə çata biləcəyi bildirilir.
Mənbələrin məlumatına görə, bu mərkəzdə yerləşən bölmələr Tehranın qərb və şimal-qərb rayonlarında təhlükəsizliyin təmin olunması və etirazların yatırılmasına cəlb olunmuşdu.
“İmam Hadi” mərkəzi İran paytaxtında SEPAH-ın dörd əsas qurumundan biri hesab olunur.

















