“Bayramı qeyd etməyə çıxın, biz yuxarıdan izləyirik”:
1xeber.media xəbər verir ki,Netanyahu iranlıları Novruz bayramı münasibətilə təbrik edib.
“Mən burada İsrailin müdafiə naziri, Baş qərargah rəisimiz, “Mossad” rəhbəri, Hərbi Hava Qüvvələrinin komandanı və ali komandanlıqla birlikdəyəm. Son 24 saat ərzində biz bu tiran rejimin iki yüksək rütbəli terrorçusunu məhv etdik.
Təyyarələrimiz yollarda, meydanlarda terrorçulara zərbələr endirir. Bu, cəsur İran xalqına od çərşənbəsini qeyd etmək imkanı vermək üçün edilir.
Ona görə də bayramı qeyd etməyə çıxın, Novruz bayramınız mübarək.
Biz yuxarıdan izləyirik” - deyə İsrailin Baş naziri Netanyahu bəyan edib.

















