Rusiya Varşava məhkəməsinin rusiyalı arxeoloq və Ermitaj Muzeyinin əməkdaşı Aleksandr Butyaginin Ukraynaya ekstradisiyası qərarından sonra onun vətəninə qaytarılmasını tələb edəcək.
1xeber.media xəbər verir ki, bu açıqlamanı Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova verib.
Diplomat vurğulayıb ki, "Polşa məhkəməsinin qərarı müvəqqətidir; apelyasiya şikayəti vermək üçün bir həftə vaxt var. Biz Aleksandr Butyaginin tez bir zamanda vətəninə qaytarılmasını tələb edəcəyik".
Zaxarovanın sözlərinə görə, bu, "hüquqi əsası olmayan" siyasi məhkəmə prosesidir.
Daha əvvəl Varşava məhkəməsi Krımda qazıntı işləri aparan rusiyalı arxeoloq və Ermitaj Muzeyinin əməkdaşı Aleksandr Butyaginin Ukraynaya ekstradisiyası barədə qərar çıxarıb.
Aleksandr Butyaginin Kiyevin tələbi ilə Polşada saxlanılması ilə bağlı hesabat 11 dekabrda dərc edilib. O, Krımın mədəni irsinə 200 milyon qrivnadan (təxminən 371 milyon rubl) çox ziyan vurmaqda ittiham olunur. Alimin işlədiyi Ermitajın mətbuat xidməti xatırladıb ki, o, yarımadada icra hakimiyyətinin icazəsi ilə qazıntı işləri aparıb.

















