İsrail artıq Xəzər dənizində İran hərbi donanmasına məxsus azı 5 gəmini sıradan çıxarıb.
1xeber.media bildirir ki,İsrail ordusu (SAXAL) müharibə başlayandan bəri ilk dəfə İranın şimalındakı hədəflərə, konkret olaraq Bəndər-Ənzəli limanındakı hərbi gəmilərə zərbələr endirdiyini təsdiqləyib.
Məlumata görə, "Gurlayan aslan" (Roaring Lion) əməliyyatı çərçivəsində həyata keçirilən bu hücum nəticəsində raket katerləri də daxil olmaqla, bir neçə hərbi gəmi ciddi ziyan görüb.

















