Kreml Rusiya, Ukrayna və ABŞ arasındakı üçtərəfli danışıqlarda "pauza" elan edib
1xeber.media-nın məlumatına görə,Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə bildirib ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin yeni görüşünün dəqiq tarixi və yeri hələlik müəyyən edilməyib. Üçtərəfli danışıqlarda yaranmış "pauza"nı Kreml sözçüsü Dmitri Peskov da təsdiqləyib.
Peskovun sözlərinə görə, buna baxmayaraq, Rusiya prezidentinin xüsusi nümayəndəsi Amerika tərəfi ilə danışıqları davam etdirir. Eyni zamanda, Rusiya və Ukrayna arasında əsir mübadiləsi və həlak olanların meyitlərinin qaytarılması üzrə humanitar işlər dayandırılmayıb.
Üçtərəfli sülh danışıqlarının sonuncu raundu 17–18 fevral tarixlərində Cenevrədə keçirilib. Martın 5-də Əbu-Dabidə baş tutmalı olan növbəti raund isə ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatlara başlaması səbəbindən təxirə salınıb.

















