İran BƏƏ-dən ABŞ-nin hücumlarına yardım etdiyinə görə təzminat tələb edir
1xeber.media xəbər verir ki,bu barədə İranın BMT-dəki səfiri Əmir Səid İrəvani BMT-nin Baş katibi Antonio Quterreşə ünvanladığı məktubda bildirib.
"BƏƏ-nin zərbələrin endirilməsi üçün öz ərazisindən istifadə edilməsinə icazə verməsi beynəlxalq hüququn pozulmasıdır. Dövlətlər buna görə məsuliyyət daşıyır. BƏƏ İrana dəymiş maddi və mənəvi ziyanı ödəməlidir", - məktubda deyilir.

















