1xeber.media yerli KİV istinadla bildirir ki,İranın Qətərdəki MTQ zavoduna endirdiyi zərbə xaos yaradıb və Yaxın Şərqdəki münaqişənin dərhal həllini tələb edir.
Bu barədə Aİ-nin diplomatik xidmətinin rəhbəri Kaya Kallas bildirib.
“Biz bu müharibədən çıxış yolu görmək istəyirik. Yaxın Şərqdə xaosu və bunun bütün dünya üçün fəsadlarını görürük”, - deyə Kallas bəyan edib.
O qeyd edib ki, Aİ liderləri sammitdə vəziyyəti müzakirə edəcəklər, lakin hələlik regiona hərbi gəmilərin və ya digər qüvvələrin göndərilməsi məsələsi gündəmdə deyil.
Bu, Aİ xarici işlər nazirlərinin martın 16-da Brüsseldə keçirilən görüşdə birliyin hərbi müdaxiləsinə qarşı çıxmasından sonra məlum olan amildir.

















