1xeber.media yerli KİV istinadla xəbər verir ki,İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ölkədə siyasi kursun dəyişdirilməsi ilə bağlı çağırışlar barədə məlumatları rədd edib.
“Bəzən mənə təslim olmaq və hakimiyyəti xalqa qaytarmaq çağırışları ilə mesajlar gəlir. Əgər bu mesajlar İsrailin agentləri və muzdlu şəxslərindən gəlmirsə, bu, məlumatsızlıq və yanlış təsəvvürlərin nəticəsidir”, - deyə o bildirib.
Onun sözlərinə görə, müharibə şəraitində keçirilən son sosioloji sorğular əhalinin sərt kursa dəstək verdiyini göstərir. “İnsanların əksəriyyəti hesab edir ki, biz ABŞ təzyiqinə qarşı durmalı və təslim olmamalıyıq.
İnsanlar hökumətdən kapitulyasiya yox, möhkəmlik və qətiyyət gözləyir”, - deyə o əlavə edib.

















