Sərdar Azmun Dubay şeyxi ilə fotosuna görə İran millisindən kənarlaşdırılıb.
1xeber.media xəbər verir ki,Aljazeera-nın məlumatına görə, İran millisinin tarixində ən yaxşı bombardirlərdən biri olan Serdar Azmun paylaşdığı fotodan sonra yığmadan çıxarılıb.
Futbolçu BƏƏ-nin “Şabab Əl-Əhli” klubunda çıxış edir və ölkə lideri Məhəmməd bin Zayed ilə fotosunu yayımlayıb.
Bu addım İranda kəskin reaksiya doğurub və BƏƏ hakimiyyətinə açıq dəstək kimi qiymətləndirilib.
Azmuna qarşı milli maraqlara xəyanət ittihamları səsləndirilməyə başlayıb.
Bildirilir ki, məsələ futbolçu üçün ciddi nəticələrə səbəb ola bilər.
Ona qarşı sanksiyalar, o cümlədən əmlakın müsadirəsi ehtimalı müzakirə olunur.
Qeyd olunur ki, bu, Azmunun ilk belə qalmaqalı deyil.
2025-ci ilin sonunda o, İrandakı daxili hadisələrlə bağlı mövqeyinə görə də ictimai diqqət mərkəzinə düşmüşdü.















