ABŞ prezidenti Donald Tramp müvafiq qərar qəbul edəcəyi təqdirdə, ABŞ ordusu İrana qarşı quru əməliyyatına hazırlaşır
1xeber.media xəbər verir ki,bu barədə Britaniya mediası məlumat yayıb.
Müzakirələrin gedişatı ilə tanış olan çoxsaylı mənbələrin verdiyi məlumata görə, Pentaqon nümayəndələri Amerika quru qoşunlarının İrana yeridilməsi üçün ətraflı hazırlıq işləri görüblər. Yüksək rütbəli hərbi komandirlər belə bir fəaliyyət variantına hazırlaşmaq məqsədilə artıq konkret sorğular göndəriblər.
Hazırlıqlara İran əsgərlərinin və yaraqlılarının mümkün saxlanılması hallarında necə davranmalı olduqları, məsələn, iranlı hərbi əsirlərin hara göndəriləcəyi ilə bağlı məsələlər daxildir. İki mənbənin bildirdiyinə görə, məsuliyyət zonasına ABŞ ordusunun 82-ci hava-desant diviziyasının tərkibindəki Çevik Reaksiya Qüvvələri (IRF) və Yaxın Şərqə yollanan 11-ci və 31-ci dəniz piyada ekspedisiya hissələrindən olan təxminən 5000 dəniz piyadası daxildir.

















