1xeber.media-nın məlumatına görə,ABŞ prezidenti Donald Tramp Amerikanın İrandakı hərbi əməliyyatları dayandıra biləcəyini bəyan edib.
“Biz hədəflərimizə çatmağa çox yaxınıq və Yaxın Şərqdə İranın terrorçu rejimi ilə bağlı həyata keçirdiyimiz irimiqyaslı hərbi əməliyyatların dayandırılması imkanlarını nəzərdən keçiririk.
Hörmüz boğazı ehtiyac yarandıqda ondan istifadə edən digər ölkələr tərəfindən qorunmalı və nəzarət altında saxlanılmalıdır. Amerika Birləşmiş Ştatları bunu etməyəcək!
Xahiş olunarsa, biz bu ölkələrə Hörmüzün təhlükəsizliyini təmin etmək səylərində kömək edəcəyik, lakin İran tərəfindən gələn təhdid aradan qaldırıldıqdan sonra bu köməyə ehtiyac qalmamalıdır”, - deyə ABŞ prezidenti yazıb.

















