İsrail Ordusu (SAXAL) İranın qərb hissəsindəki raket buraxılış məntəqələrinin ləğv edildiyini bildirib.
1xeber.media yerli KİV istinadla xəbər verir ki,İsrail və ABŞ Hərbi Hava Qüvvələrinin endirdiyi zərbələr nəticəsində artıq bu bölgədən atəş açılması qeydə alınmır. Hazırda raket buraxılışları şərqə - Tehranın arxasındakı (sərhəddən 500 km-dən çox məsafədə yerləşən) rayonlara keçib. Bu, uçuş məsafəsini artırır və İran raket qüvvələrinin imkanlarını zəiflədir, hərçənd “Xorrəmşəhr” tipli ağır raketlər hələ də İsrail ərazisinə çatmaq mənzilini qoruyub saxlayır.
Yeni mövqelərin uzaqda yerləşməsinə baxmayaraq, İsrail aviasiyası artıq İran paytaxtının şərqində aşkar edilmiş hədəflərə qarşı iki seriyalı zərbələr endirib.

















