Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampa sövdələşmə təklif edib: Rusiya İrana kəşfiyyat məlumatlarının ötürülməsini dayandıracaq, Vaşinqton isə Ukraynaya yardımı kəsəcək
1ever.media xəbər verir ki,bu barədə "Politico" nəşri iddia edir.
Nəşrin yazdığına görə, bu təklif ötən həftə Mayamidə Rusiya nümayəndəsi Kirill Dmitriyev ilə Tramp administrasiyasının nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasındakı görüşdə səsləndirilib.
"Politico" xəbər verir ki, əgər Pentaqon Ukraynaya Rusiya barədə kəşfiyyat məlumatlarını verməyi dayandırarsa, Moskva da öz növbəsində İrana kəşfiyyat məlumatlarının, o cümlədən Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin koordinatlarının ötürülməsini dayandırmağı təklif edib. Nəşrin mənbələri bildirib ki, ABŞ bu sövdələşmədən imtina edib.
Eyni zamanda, məlumata görə, belə bir təklifin olması Avropa nümayəndələrini ciddi narahat edib. Onlar Rusiyanın Aİ və ABŞ-ın Ukrayna ilə bağlı səylərinə mane olmağa çalışacağından ehtiyat edirlər.

















