ABŞ "Patriot" sistemlərini Avropadan Yaxın Şərqə köçürüb
1xeber.media xəbər verir ki,bu barədə "Associated Press" məlumat yayıb.
ABŞ müdafiə qurumunun rəsmiləri “Associated Press” agentliyinə bildirib ki, Vaşinqton resurslarını İslam Respublikası ilə müharibəyə yönəltdiyi üçün xeyli sayda “Patriot” tutucu raketləri Avropadan Yaxın Şərqə daşınıb.
İki amerikalı rəsmi bu addımın Avropanın Rusiyaya qarşı hava hücumundan müdafiəsində boşluqlar yaratdığını bəyan edib, lakin digər rəsmi NATO-nun hələ də Avropanı qorumaq üçün kifayət qədər imkanlara malik olduğunu vurğulayıb.

















