1xeber.media xəbər verir ki, Britaniya hakimiyyəti İranın Hind okeanında ABŞ-Britaniya birgə hərbi bazasına raket hücumunu milli maraqlara birbaşa təhdid kimi qiymətləndirib.
Martın 21-də İran Dieqo Qarsiya bazasına iki ballistik raket atıb, lakin hücum hədəfə dəyə bilməyib. Hadisəni şərh edən Böyük Britaniya Müdafiə Nazirliyi bildirib ki, Tehranın regiondakı "ehtiyatsız hücumları" təhlükə yaradır.
Britaniya Müdafiə Nazirliyinin rəsmi açıqlamasında İranın hərəkətlərinin Böyük Britaniyanın milli maraqlarını təhdid etdiyi və regionda sabitliyi təhlükə altına aldığı vurğulanıb. London həmçinin Tehranın belə bir qərarın münaqişədə iştirak hesab ediləcəyi barədə xəbərdarlıq etməsindən sonra ABŞ-a Dieqo Qarsiya bazasından "məhdud müdafiə əməliyyatları" üçün istifadə etməyə icazə verdiyini təsdiqləyib.

















