ABŞ İrana qarşı missiyasını demək olar ki, tamamilə yerinə yetirib və hərbi əməliyyat tezliklə başa çatacaq.
1xeber.media xəbər verir ki, nümayəndələr Palatasının spikeri Mayk Conson bunu Associated Press agentliyinə verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Vaşinqtonun məqsədi İranın ballistik raketlərini, onların istehsal müəssisələrini məhv etmək və dəniz qüvvələrini zəiflətmək idi və buna nail olunub.
Conson Hörmüz boğazının bağlanmasının "vəziyyəti bir az uzadır", lakin bu məsələnin də həll olunacağını etiraf edib.
"Vəziyyəti bir az sakitləşdirdikdən sonra düşünürəm ki, bu, praktik olaraq bitəcək", - deyə rəsmi yekunlaşdırıb.
Bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərini İrana qarşı əməliyyatda ABŞ-a kömək etməkdən imtina etdiklərinə görə tənqid etmişdi. ABŞ lideri alyansı "kağız pələng", müttəfiqləri isə "qorxaq" adlandıraraq Vaşinqtonun onların hərəkətlərini xatırlayacağını vurğulayıb.

















