Səudiyyə Ərəbistanında neftin qiymətinin 180 dollardan yuxarı olacağı gözlənilir.
1xeber.media xəbər verir ki,Səudiyyə neft sektorunun nümayəndələri hesab edirlər ki, tədarükdəki fasilələr aprelin sonuna qədər davam edərsə, neftin qiyməti bir barrel üçün 180 dolları ötə bilər
Bu barədə “WSJ” yazır.
Səudiyyənin yüngül nefti artıq Qırmızı dənizdəki liman vasitəsilə asiyalı alıcılara təxminən 125 dollara satılır. Rəsmilər qeyd edirlər ki, müharibə başlamazdan əvvəl Fars körfəzindən çıxarılan əlavə neft ehtiyatları tükəndikcə, fiziki təklif çatışmazlığı artıq gələn həftə daha kəskin hiss olunacaq və bu da qiymətləri 138-140 dollar səviyyəsinə qaldıracaq.
Səudiyyə rəsmilərinin proqnozuna görə, aprelin ikinci həftəsinədək tədarükdəki fasilələr səngiməsə və Hörmüz boğazı bağlı qalsa, qiymətlər 150 dollara çata bilər, növbəti həftələrdə isə ardınca 165 və 180 dollaradək yüksələ bilər.

















