ABŞ-ın neftin qismən satışına icazə verməsindən sonra İran valyutası kəskin bahalaşıb
1xeber.media xəbər verir ki,bu barədə “WSJ" nəşri məlumat yayıb.
ABŞ Maliyyə Nazirliyi artıq dənizdə olan İran neftinə qoyulan məhdudiyyətləri müvəqqəti dayandırdıqdan sonra rialın məzənnəsi kəskin yüksələrək 6,7% möhkəmlənib və bir dollar üçün 1,559 milyon həddinə çatıb.
Şirkətlərə İran geosiyasəti üzrə məsləhətlər verən “Pakzad & Co.”-nun rəhbəri Mustafa Pakzad bildirib ki, müharibənin başlanğıcından bəri rialın dəyəri daim düşürdü və bu, onun ilk əhəmiyyətli artım halıdır.
Ekspert gözləyir ki, İran büdcəsinə daxil olan hər hansı vəsaitin böyük hissəsi hərbi xərclərə yönəldiləcək.

















