Avropa İttifaqı (Aİ) Rusiya ilə dialoqa getmək istəmir və Ukraynadakı münaqişəni davam etdirmək istəyir.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Eyni zamanda, Kreml qeyd edib ki, hazırda Aİ-də əsas problem Ukrayna deyil, qaz, benzin və elektrik enerjisi üçün ödənişlərdir. Peskov həmçinin Brüsselin Moskva ilə dialoqa getmək istəməməsini də vurğulayıb. "Avropa çətin vəziyyətdədir və hələ də bizimlə danışmaq istəmir. O, hələ də Ukraynadakı [münaqişənin] davam etməsini istəyir və bunun üçün necə pul ödəyəcəyini bilmir", - deyə Rusiya prezidentinin mətbuat katibi yekunlaşdırıb.
Daha əvvəl Peskov Avropanın səhvinə işarə edib. Onun sözlərinə görə, Aİ Ukraynanı münaqişəni davam etdirməyə inandırmaqla səhv edir.

















