İsrail Livanın cənubunda hava hücumu nəticəsində "Hizbullah" hərəkatının bir komandiri və daha iki döyüşçünü öldürüb.
1xeber.media xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Bəyanatda "Hizbullah"ın "Radvan" bölməsinin komandiri kimi tanınan Əbu Xəlil Bərcinin Məcdəl Selm bölgəsində hava hücumunda öldürüldüyü bildirilib.















