İranı iki gün içində məğlub edəcəm deyən “ABŞ İran qarşısında geriyə addım– 15 maddəlik plan sızdı”
ABŞ prezidenti Donald Trampın administrasiyası müharibəni dayandırmaq üçün İrana 15 şərt irəli sürüb.
1xeber.media xəbər verir ki,bu barədə İsrailin 12-ci telekanalı məlumat yayıb.
Məlumata görə, Trampın müşavirləri Cared Kuşner və Stiven Uitkoff bir aylıq atəşkəsə əsaslanan təklif hazırlayıblar. Bu müddət ərzində tərəflər 15 maddədən ibarət razılaşma üzərində işləyəcəklər.
Plan İranın ballistik raket proqramını, nüvə fəaliyyətini, həmçinin dəniz marşrutları ilə bağlı məsələləri əhatə edir.
“15 maddəlik plan” (yayılan versiya)
1. ABŞ 🇮🇷İrana qarşı bütün sanksiyaları ləğv edir
2. İranın mülki nüvə proqramının inkişafına 🇺🇸ABŞ kömək edir (elektrik istehsalı üçün)
3. Sanksiyaların yenidən tətbiqi təhlükəsi aradan qaldırılır
4. İran nüvə proqramını müəyyən çərçivədə “dondurur”
5. Zənginləşdirilmiş uran qalır, amma nəzarət altında və limitlərlə
6. Ballistik raket proqramı sonrakı mərhələdə müzakirə olunur (say və məsafə məhdudiyyətləri ilə)
7. Nüvə proqramı yalnız mülki və müdafiə məqsədləri üçün istifadə olunur
8. Mövcud nüvə imkanlarının inkişafı dayandırılır
9. Uran zənginləşdirmə imkanları daha da genişləndirilmir
10. İran ərazisində silah səviyyəli nüvə materialı istehsal olunmur
11. Bütün zənginləşdirilmiş material razılaşdırılmış vaxtda MAQATE-yə verilir
12. Natanz, İsfahan və Fordo nüvə obyektləri sökülür / deaktiv edilir
13. Beynəlxalq monitorinq və yoxlama mexanizmləri tətbiq olunur
14. Plan mərhələli şəkildə həyata keçirilir və öhdəliklərə bağlı olur
15. Regionda əlavə təhlükəsizlik razılaşmaları hazırlanır

















