1xeber.media xəbər verir ki, Dövlət Duması Yaroslavl vilayətinin Rostov şəhərinin tarixi adına - Böyük Rostov şəhərinə qaytarılması haqqında qanun layihəsini təsdiqləyib.
Sənəd dekabrın 17-də ikinci və üçüncü oxunuşlarda qəbul edilib. Qanun layihəsini Yaroslavl Vilayət Dumasının deputatları təqdim ediblər. Onlar izahat yazısında qeyd ediblər ki, söhbət “keçmişdə və indiki dövrdə geniş tanınan” addan gedir.
Sənəd müəllifləri qeyd ediblər ki, Böyük Rostov haqqında ilk dəfə hələ 862-ci ildə salnamələrdə, daha sonra isə 12-ci əsrin salnamələrində və 14-cü əsrin sonu - 15-ci əsrin əvvəllərinə aid İpatiyev salnaməsinin adı çəkilir. Bundan əlavə, bu ad ictimai istifadədə də geniş yayılmışdır.