Netanyahu İsrail ordusuna yaxın 48 saat ərzində İranın silah sənayesini mümkün qədər çox məhv etmək üçün bütün səyləri göstərməyi əmr edib, deyə “The New York Times” yazır.
1xeber.media xəbər verir ki,bu göstəriş Binyamin Netanyahu hökuməti ABŞ tərəfindən hazırlanan və İrana göndərilən müharibənin dayandırılması üzrə 15 bəndlik planın surətini aldıqdan sonra verilib. Mənbələrdən biri bu sənədin müzakirə edildiyi iclaslarda iştirak edib.
Nəşr yazır ki, bu tələskənlik - və cümə axşamına qədər müəyyən edilmiş son müddət - İsrail rəhbərliyinin prezident Donald Trampın hər an sülh danışıqlarının başladığını elan edə biləcəyi ilə bağlı narahatlığını əks etdirir.
Tramp administrasiyası əvvəllər vasitəçilər vasitəsilə İrana 15 bəndlik nizamlanma planı təqdim etmişdi. Tehran isə qarşılıqlı şərtlər irəli sürərək bu planı qəbuledilməz adlandırmışdı.

















