İran müharibənin dayandırılmasını “Hizbullah”a hücumların dayandırılması ilə əlaqələndirib
1xeber.media-nın məlumatına görə,Reuters agentliyi Tehranın mövqeyi ilə tanış olan altı regional mənbəyə istinadən xəbər verir ki, İran vasitəçilərə ABŞ və İsraillə atəşkəs barədə istənilən razılaşmaya Livanın da daxil edilməli olduğunu bildirib və İsrailin “Hizbullah”a qarşı hücumlarının dayandırılmasını tələb edib.
Mənbələrin sözlərinə görə, İran hələ martın ortalarında vasitəçilərə İsrailin Livandakı “Hizbullah” qruplaşmasına hücumlarını da dayandıracaq razılaşmaya nail olmağa çalışdığını çatdırıb.
Mənbələrdən biri bildirib ki, “Hizbullah” istənilən genişmiqyaslı razılaşmaya daxil ediləcəyi ilə bağlı “İran zəmanətləri” alıb.
ABŞ prezidenti Donald Tramp administrasiyasının rəsmi nümayəndəsi isə bildirib ki, İranın “proksi fəaliyyətinin” dayandırılması və “Hizbullah”ın tərksilah edilməsi Livanda və bütün regionda sülhün və sabitliyin təmin olunması üçün “həlledici əhəmiyyət” daşıyır.

















