1xeber.media xəbər verir ki,Ukrayna mənbələrinin yaydığı məlumata görə, Qara dənizdə Novorossiyskdən 140 min ton neft daşıyan ALTURA tankeri dron hücumuna məruz qalıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatında bildirilir ki, gəmi Sierra Leone bayrağı altında üzürdü və sanksiyalar siyahısına daxil edilib. Məlumata əsasən, tanker 2024-cü ilin yanvarından 2025-ci ilin iyulunadək təxminən 6 milyon barel Rusiya nefti daşıyıb.

















