1xeber.media yerli KİV istinadla xəbər verir ki,“Ashab əl-Yəmin” qruplaşması Avropada bir neçə hücuma görə məsuliyyəti öz üzərinə götürüb.
Martın 16-da qruplaşmanın tərəfdarları Amsterdam şəhərində ABŞ-ın Bank of New York Mellon bankının girişində aşağı güclü partlayıcı qurğunu işə salıblar. Partlayış nəticəsində xəsarət alan olmayıb, binaya cüzi ziyan dəyib.
Martın 23-də Londonda qruplaşma üzvləri sinaqoqun yaxınlığında İsrailin Hatzolah təşkilatına məxsus dörd təcili yardım avtomobilini yandırıblar. Nəqliyyat vasitələri məhv edilib, xəsarət alan olmayıb.
Martın 24-də Belçikanın Antverpen şəhərində qruplaşmanın tərəfdarları yəhudi məhəlləsində bir avtomobili yandırıblar.
Hüquq-mühafizə orqanları Belçika və Böyük Britaniyada hücum edənləri saxlayıblar. Onların sosial şəbəkələr vasitəsilə cəlb olunmuş yeniyetmələr olduğu müəyyən edilib.
“Ashab əl-Yəmin” hələ də İran yönlü resurslar tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

















