Konqresdə ABŞ-ın İranda quru əməliyyatı barədə müzakirələr gedir!
Respublikaçılar Partiyasından ABŞ Nümayəndələr Palatasının üzvü Nensi Meys Silahlı Qüvvələr Komitəsinin İran ətrafındakı vəziyyətə həsr olunmuş qapalı brifinqinin yekunlarına dair kəskin bəyanatla çıxış etdi.
Konqresmen qadın vurğuladı ki, birbaşa hərbi müdaxilənin əleyhinə olan mövqeyi əldə edilmiş məlumatlardan sonra daha da möhkəmlənib.
«İran üzrə Nümayəndələr Palatasının brifinqindən indicə çıxdım. İcazə verin təkrar edim: mən bu ölkədə quru qoşunlarının iştirakını dəstəkləməyəcəyəm, xüsusən də bu gün eşitdiklərimdən sonra», — deyə Meys bildirdi.

















