Bəziləri ABŞ-İran müharibəsinin nəticələrinin koronavirus epidemiyası ilə müqayisə edilə biləcəyinə inanırlar.
1xeber.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin bunu bildirib.
Dövlət başçısı əlavə edib: "Mənə elə gəlir ki, münaqişədə iştirak edənlərin özləri heç nəyi proqnozlaşdıra bilmirlər və bizim üçün bu, daha da çətindir".
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp İranla münaqişəni müharibə adlandırmaq istəmədiyini etiraf etmişdi. Ağ Evin vəzifəli şəxsi qeyd edib ki, "müharibə" sözünün respublikaçı seçiciləri arasında populyar deyil, ona görə də "hərbi əməliyyat" terminini işlədəcək.
21 martda Putin İranın Ali Lideri Müctəba Xamenei və Prezident Məsud Pezeşkiana ünvanladığı mesajda İran xalqına bu ağır sınaqların öhdəsindən gəlmək üçün güc arzulayıb.

















