1xeber.media xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Oncu Keçelinin nazirliyin veb saytında verdiyi məlumata görə, Qara dənizdə Rusiya nefti daşıyan Altura tankerinə edilən hücum beynəlxalq hüququ pozur.
Bəyanatda vurğulanır ki, "Qara dənizdəki eksklüziv iqtisadi zonamız daxilində baş verən və beynəlxalq hüquqa zidd olan bu və oxşar hücumlar bölgədə həyat, əmlak, gəmiçilik və ətraf mühit təhlükəsizliyi üçün ciddi təhlükə yaradır".
26 mart cümə axşamı səhəri naməlum dronların Bosfor boğazından 15 mil aralıda bir türk neft tankerinə hücum etdiyi bildirilib. Daha sonra Türkiyə Qara dənizdə Rusiyadan 140 ton neft daşıyan Altura tankerinə edilən hücumu təsdiqləyib.

















