İsrail Hərbi Hava Qüvvələri İranın Mərkəzi əyalətində yerləşən Xondab ağır su kompleksinə zərbələr endirib.
1xeber.media-nın məlumatına görə, hücum iki mərhələdə həyata keçirilib və əsas hədəf nüvə silahı üçün lazım olan plutoniumun istehsalında mühüm rol oynaya biləcək infrastruktur amili olub.
İran rəsmiləri obyektin “Amerika-Sionist düşməni” tərəfindən hədəf alındığını təsdiqləsələr də, hər hansı insan tələfatı və ya radioaktiv sızmanın baş vermədiyini bildiriblər.
Xondab kompleksi (Ərak nüvə sahəsinin tərkib hissəsi) beynəlxalq nəzarət altında olan ən həssas nöqtələrdən biri hesab edilir. İsrail tərəfi bu addımı İranın nüvə potensialını zəiflətmək strategiyasının tərkib hissəsi kimi qiymətləndirir. Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) tərəfindən hələlik ərazidəki real vəziyyətlə bağlı müstəqil hesabat təqdim edilməyib

















