1xeber.media-nın məlumatına görə,“Washington Post” qəzeti Pentaqonun İranda çoxhəftəlik quru əməliyyatlarına hazırlaşdığını xəbər verir.
Nəşr amerikalı rəsmilərə istinadən yazır ki, ABŞ prezidenti Donald Trampın quru qoşunlarının yerləşdirilməsi planlarını təsdiqləyib-təsdiqləməyəcəyi hələlik məlum deyil.
Mövcud məlumatlara görə, bu cür quru əməliyyatları tammiqyaslı işğal deyil, daha çox xüsusi əməliyyat qüvvələri və adi piyada bölmələri tərəfindən həyata keçirilən reydlər xarakteri daşıyacaq.
Fars körfəzinə doğru istiqamət alan Amerika gəmilərində 4 mindən çox dəniz piyadası yerləşdirilə bilər. Bundan əlavə, 82-ci hava-desant diviziyasının hərbi qulluqçuları döyüş hazırlığı vəziyyətindədir. Quru qruplaşmasının əlavə gücləndirilməsi məsələsi də müzakirə olunur.

















