Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.
1xeber.media xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Bildirilib ki, Azərbaycanda tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.
Qeyd edək ki, sabah C.Əliyevin 80 yaşı tamam olacaq.

















